Avropada korrupsiya həbsləri AVROPA PARLAMENTİNİN VİTSE-PREZİDENTİ SAXLANILDI

Avropa Parlamentinin vitse-prezidenti, Yunanıstanın PASOK sosialist partiyasının üzvü Eva Kaili, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının baş katibi Luka Visentini və İtaliyadan keçmiş Avropa Parlamentinin deputatı Pier Antonio Panzeri korrupsiya ittihamı ilə saxlanılıb.

Gununsesi.info-nun xarici mediaya istinadən xəbərinə görə əməliyyat Belçika polisi həyata keçirib.

Onlar dünya çempionatının keçirilməsi ilə bağlı korrupsiyada və Qətərin maraqları üçün lobbiçilikdə şübhəli bilinirlər.

“Politico” yazır ki, axtarışlar nəticəsində polis təxminən 600 min avro nağd pul aşkarlanıb.

Gununsesi.info