Avropada qaz qiymətləri REKORD HƏDDƏ QALXDI

  • By admin
  • 28 Avqust 2022 11:14

Avropanın enerji bazarında qazın qiyməti rekord həddə – MVt/saat üçün 340 avroya yüksəlib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Der Spiegel” nəşri məlumat yayıb.

Qeyd olunur ki, enerji bazarlarında mavi yanacağın indiki qədər baha qiymətə satılması halı heç vaxt olmayıb. “Hazırda orada bir meqavat-saat 340 avrodan yuxarıdır. Bundan əlavə, payızda vəziyyət daha da pisləşəcək və enerji qiymətləri artmağa davam edəcək”, – məlumatda vurğulanıb.

Nəşrin məlumatına görə, qazın qiyməti ona görə qalxır ki, Avropa ölkələri Rusiyadan yanacaq tədarükünü dayandırmaqdan qorxurlar. Eyni zamanda, 2022-ci ilin əvvəlindən mavi yanacağın Avropa üçün qiyməti üç dəfədən çox artıb.

Bazar ekspertləri bu qiymət artımlarının sonunun hələ görünmədiyi qənaətindədirlər. Bundan əlavə, proqnozlar da var ki, oktyabr ayında qazın qiyməti xeyli arta bilər. Üstəlik, bu, tədarükçülərin əksəriyyətinin Almaniyaya yanacaq tədarükünü artıracağı zaman baş verəcək.

Gununsesi.info