Azərbaycan nefti bahalaşıb

  • Müəllif: admin
  • 04 Avqust 2023 10:19

Dünya bazarında “Azeri Light” (CIF) markalı neft bahalaşıb.

Gununsesi.info xəbər verir ki,  Azərbaycan neftinin bir barelinin qiyməti 1,57 ABŞ dolları, yaxud 1,8% artaraq 88,90 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə – 149,66 dollara satılıb.

Gununsesi.info