Azərbaycanda bir ilk - Prezident tənqidçi hüquq müdafiəçisini mükafatlandırdı

  • By admin
  • 06 Mart 2023 14:35

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə insan hüquqları müdüfiəçisi Şəhla İsmayılTərəqqi”  medalına layiq görülüb.

Gununsesi.info xatırladır ki, Şəhla İsmayıl  gender bərabərliyi və qadın hüquqları sahəsində fəal şəkildə çalışır. İngiltərə (2005), ABŞ (2011), Belçika (2014) və Fransada (2018) həyata keçirilən təqaüd proqramlarının iştirakçısı olmuş Şəhla İsmayıl dünyanın 50-dən artıq şəhərində məruzəçi qismində çıxış etmişdir. O, 2002-ci ildən etibarən Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyətinin sədri və 2005-ci ildən başlayaraq Azərbaycanda Norveç İnsan Hüquqları Fondunun müvəkkilidir.

Habelə qərargahları ABŞ-da yerləşən “Qadınlar üçün Qlobal Fond” və “Qadın Hüquqları üzrə Təcili Yardım Fondu” təşkilatlarının məsləhətçisidir. O, həmçinin kommunikasiya bacarıqları, insan resursları və institusional potensialın artırılması üzrə mütəxəssishəyat və biznes kouçu qismində fəaliyyət göstərir. Şəhla İsmayıl 2014-cü ildə Azərbaycanda ilk gender-profilli kommersiya təşkilatı kimi yaradılan “Gender Port”-un təsisçisi və direktorudur.

 

Ölkəmizdə insan hüquqları sahəsində vəziyyəti tənqid edən Şəhla İsmayılın bu ödülə layiq görülməsi bir ilk sayıla bilər.

İndiyədək tənqidçi mövqedə olan hüquq müdafiəçiləri hücumlara məruz qalıb.

 

Elmar

GUNUNSESİ.İNFO