Azərbaycanda İLK: “Ailə festivalı” keçiriləcək

  • By admin
  • 13 May 2022 11:50

Azərbaycanda ilk dəfə “Ailə festivalı” keçiriləcək.

Bu barədə Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət komitəsindən məlumat verilib.

Bildirilib ki, “Ailə festivalı” 16 may 2022-ci il tarixində, saat 14:00-18:00-dək Bakı şəhəri Xətai rayonu Gənclik parkında olacaq.

Beynəlxalq Ailələr Gününə həsr olunmuş bir günlük festivalın əsas məqsədi məsuliyyətli atalıq təcrübələrini təbliğ etməklə qız övladının dəyərini, kişilərin uşağa baxmağa cəlb edilməsini və ailədə birgə qayğı modelini təbliğ etməkdir. Festivalda nəzərdə tutulmuş fəaliyyətlərin əksəriyyəti gender bərabərsizliyi ilə bağlı əsas stereotipləri aradan qaldırmağa yönəlmişdir. Bundan əlavə, fəsaliyyətlərin əksəriyyəti atalar və qızlar arasında münasibətləri inkişaf etdirmək məqsədi daşıyır.

Festivala regionlardan və Bakı şəhərindən ailələr cəlb ediləcək.

Rəsmi hissədə BMT-nin Əhali Fondunun və Avropa İttifaqının Azərbaycan nümayəndəliyi, RİİB və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Gənclər və İdman Nazirliyi, ƏƏSMN nümayəndələri layihə və festivalın məqsədləri haqqında danışacaqlar.

Gununsesi.info