Bərdədə zəncirvari qəza baş verdi: Xəsarət alanlar var - FOTOLAR

  • By admin
  • 13 Aprel 2023 21:57

Bərdədə zəncirvari qəza olub.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Lək kəndi ərazisində baş verib.

Yüksək sürətlə hərəkətdə olan VAZ-2107 markalı avtomobilin sürücüsü idarəetməni itirərək hərəkətdə olan VAZ-2109 və “Niva” markalı avtombillərə çırpılıb.

Qəza nəticəsində xəsarət alanlar xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.