Bəxtiyar Hacıyev əlil arabasında hərəkət edir - ÖLÜM AYAĞINDADIR

  • By admin
  • 20 Fevral 2023 13:16

Penitensiar Xidmətin Müalicə Müəssisəsində quru aclıq aksiyası keçirən siyasi fəal Bəxtiyar Hacıyev ölüm ayağındadır.

Bu barədə siyasi fəalla görüşən vəkil Elçin Sadıqov Gununsesi.info-ya deyib .

Vəkilin sözlərinə görə, bu gün bir qrup həmkarı ilə Hacıyevə baş çəkib:
“Hacıyev əlil arabasında hərəkət edir. Ölümün bir addımlığındadır”.

Vəkilin sözlərinə görə, Hacıyev müəssisə əməkdaşlarının ona qarşı qeyri-insani rəftarından da gileylənib:
“Dediyinə görə, onun yanına su içirlər, dönər yeyirlər və bunu nümayişkaranə şəkildə edirlər”.

Afət
Gununsesi.info