Bakı metrosunun iş rejimi iki saat uzadılır

  • Müəllif: Firuzə
  • 17 Sentyabr 2025 15:55

Bakı metrosu “Formula-1” günlərində sərnişinlərə saat 02:00-a qədər xidmət göstərəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-yə istinadən xəbər verir.

Sentyabrın 19-dan 20-nə və 20-dən 21-nə keçən gecələrdə metro stansiyaları saat 02:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

Yarış günlərində şəhər mərkəzinə yaxın stansiyalarda gücləndirilmiş iş rejimi tətbiq ediləcək, əlavə ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılacaq.

 

Gununsesi.info