Bakıda və Şəkidə məktəblilər itkin düşüb

  • By admin
  • 16 Yanvar 2023 09:35

Bakıda və Şəkidə məktəblilər itkin düşüb.

Gununsesi.info xəbər verir ki, Binəqədi rayon sakini, 2009-cu il təvəllüdlü məktəbli Nihat Rəhmətulin yanvarın 13-də evdən oyun zalına getmək adı ilə çıxıb və geri qayıtmayıb.

Bundan başqa Şəkidə 2006-cı il təvəllüdlü, 10-cu sinif şagirdi Ramazan Hacıyev yanvarın 14-də yaşadığı evdən çıxıb və geri qayıtmayıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Gununsesi.info