Bayden: “Biz Ukraynaya 31 ədəd “Abrams” tankı ayırırıq”

  • By admin
  • 25 Yanvar 2023 21:44

Amerika Birləşmiş Ştatları özünün “Abrams M1” döyüş tanklarını Ukraynaya təhvil verəcək.

Gununsesi.info xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden bəyan edib.

“Biz Ukraynaya öz ərazisini müdafiə etmək və əks-hücuma keçməkdə kömək etmək niyyətindəyik. Ölkəni azad etmək üçün onlar öz müdafiə imkanlarını artırmalıdırlar. Bu gün biz Ukraynaya 500-dən çox zirehli texnika, o cümlədən 31 ədəd “Abrams” tankı ayırırıq”, – deyə dövlət başçısı bildirib.

Qeyd edək ki, “Abrams M1” 1980-ci ildən bəri seriyalı istehsalda olan əsas Amerika döyüş tankıdır. O, ABŞ Ordusu və Dəniz Piyadaları Korpusu, həmçinin Misir, Avstraliya, Mərakeş və bir sıra Yaxın Şərq dövlətlərinin silahlı qüvvələrinin xidmətdədir.

Gununsesi.info