Bayden federal hakim vəzifələrinə namizədlərin ilk siyahısını açıqlayıb

  • By admin
  • 30 Mart 2021 21:22

Prezident Co Bayden çərşənbə günü federal dairə məhkəmələrinə üç qaradərili qadın, bir amerikalı müsəlman, bir asiyalı amerikalı və Sakit Okean adalarının sakini daxil olmaqla, federal məhkəmə hakimliyinə 11 namizədin adı olan siyahını açıqlayıb.

“Bu namizədlər Amerika hüquqşünaslığının ən yaxşı və ən parlaq zehinlərini təmsil edir” – deyə, Bayden onların “təcrübəsinin və perspektivlərinin geniş” olduğu vurğulanan bəyanatında bildirib.

Aralarında doqquz qadının olduğu namizədlər ABŞ Senatı tərəfindən təsdiqlənməlidir.

Federal dairə məhkəməsinə namizəd göstərilənlər qaradərili qadınlar ABŞ-ın Kolumbiya Mahalının Apellyasiya Məhkəməsinin hakimi vəzifəsinə nominasiya olunmuş Ketanji Braun Cekson, ABŞ-ın Federal Apellyasiya Məhkəməsinə nominasiya olunmuş Tiffani Konninqam və ABŞ-ın Apellyasiya Məhkəməsinin Yeddinci Dairəsinə nominasiya olunmuş Kandis Cakson-Akiomidir.

Nyu Cersi ştatı məhkəməsinin magistrat hakimi Zahid Quraişi federal dairə məhkəməsində çalışacaq ilk amerikalı müsəlman ola bilər.

Ağ Evin açıqladığı bəyanatda hakim Florens Panın Kolumbiya Mahalı dairə Məhkəməsində çalışacaq ilk asiyalı-amerikalı hakim ola biləcəyi bildirilib.

Gununsesi.info