Biləsuvarda ağır qəza: 5 nəfər öldü

  • By Ayshan
  • 07 Dekabr 2025 10:22

Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, qəza rayonun Bağbanlar kəndi ərazisində qeydə alınıb.

Qəza zamanı “Lexus” markalı minik avtomobili kanala aşıb. Nəticədə avtomobildə olan 5 nəfərin suda boğularaq dünyasını dəyişdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info