Bir ay sonra azadlığa çıxmalıydı - HÜSEYN ABDULLAYEVƏ YENİ CİNAYƏT İŞİ AÇILDI

  • By admin
  • 07 Mart 2024 18:25

Azadlığa çıxmasına 1 ay qalmış sabiq deputat  Hüseyn Abdullayevə yeni cinayət işi başlanıb.

Gununsesi.info-nun xəbərinə görə, Hüseyn Abdullayev cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılmasında (CM-in 193-1.3.2-ci mad.) ittiham olunur.

Artıq Binəqədi Rayon Məhkəməsi onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Xatırladaq ki, Almaniyada siyasi mühacir statusu ilə yaşayan Hüseyn Abdullayev Türkiyədə olarkən həbs edilərək Azərbaycana ekstradisiya olunub.

Elmar

Gununsesi.info