Boğazında qida qalan 8 yaşlı oğlan öldü

  • By Admin2
  • 18 Fevral 2025 11:28

Abşeron rayonunda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

Gununsesi.info-nun əldə etdiyi məlumata görə, fevralın 17-si saat 18 radələrində 2017-ci il təvəllüdlü Səyid Zəkəriyəyevin nəfəs borusuna qida düşüb.

Hadisə onların yaşadığı Saray qəsəbəsindəki evlərində qeydə alınıb.

Xəstəxanaya çatdırılan uşaq vəfat edib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Gununsesi.info