Bolt Food kuryerləri velosiped və skuterləri sərfəli şərtlərlə satın ala və ya icarəyə götürə bilər

  • By admin
  • 23 Mart 2023 09:03

KontakHome və Samokat.az Bolt Food kuryerləri üçün xüsusi təkliflər hazırlayıb, belə ki bu imkanlardan istifadə etməklə onlar nəqliyyat vasitələrini: velosiped və skuterləri sərfəli şərtlərlə ala və ya icarəyə götürə bilərlər.

Mikromobil nəqliyyat vasitəsi kuryerin işini xeyli asanlaşdırır. Rahat, yüngül, manevr edə bilən velosiped və ya skuter sizə istədiyiniz yerə tez çatmağa, tıxaclardan yayınmağa, həmçinin yanacağa və ya nəqliyyat xərclərinə qənaət etməyə imkan verir.

KontakHome mağazalar şəbəkəsi Bolt Food kuryerləri üçün velosiped alarkən pula qənaət edə biləcəkləri sərfəli təklif hazırlayıb.

Beləliklə, Bolt Food kuryerləri aşağıdakı imkanları əldə edir:
● Velosipedin nağd alışı zamanı 40% endirim;
● Hər ay 21,1 AZN ödəniş etməklə 18 ay müddətinə kredit.
Həmçinin skuter icarəsi və satışı xidmətini həyata keçirən Samokat.az da Bolt Food kuryerləri üçün xüsusi endirimlər təklif edir:

● Skuter icarəyə götürmək üçün Bolt Food kuryerləri gündə cəmi 10 AZN ödəniş edir;
● Bolt Food kuryerləri hər ay 5 AZN və birdəfəlik 250 AZN ödəməklə skuter ala bilərlər.
Komfortlu nəqliyyat vasitəsi kuryerin işini daha səmərəli və rahat etməyə imkan verir. Şəhərdə daha sürətli hərəkət edir və daha az yorulur. İndi KontakHome və Samokat.az-ın xüsusi təklifləri sayəsində Bolt Food kuryerləri velosiped və ya skuter alarkən, eləcə də bütün gün ərzində skuter icarəyə götürərkən pula xeyli qənaət edə bilərlər.

Bolt şirkəti haqqında məlumat

Bolt Avropa və Afrikanın 45 ölkəsində və 400-dən çox şəhərində 100 milyon insanın istifadə etdiyi Avropa multi-tətbiqidir. Şirkət öz istifadəçilərinə daha yaxşı alternativlər təklif etməklə şəxsi avtomobillərdən mobillik xidmətlərinə keçidi sürətləndirməyə çalışır. Bolt-un xidmətləri sırasına səfər sifarişi, karşerinq, elektrikli skuter icarəsi, qida və ərzaq məhsullarının çatdırılması daxildir.

Gununsesi.info