“Böyük Seva”nı əməliyyat edən həkim danışdı

Ötən gün beyin əməliyyatı keçirən  ANS telekanalından “Böyük Seva” kimi tanınan jurnalist Sevda Həsənovanın son vəziyyəti açıqlanıb.

Gununsesi.info-ya açıqlamasında Neyrocərrahiyyə Xəstəxanasının Baş-beyin şöbəsinin həkim-neyrocərrahıyan Ələsgər Həsrətov jurnalistin durumunun stabil olduğunu deyib.

“Yaxşıdır, günü-gündən yaxşılaşma əlamətləri var. Beyndən 9 saatlıq əməliyyat keçirib. Beyindən xoşxassəli, lakin mürəkkəb lokalizasiyalı bir şiş çıxarmışıq. Danışır, gülür, əhvalı yaxşıdır. Artıq dünəndən köməklə gəzdiririk, bir az udqunma problemləri var.

İndi yemək yeməyə başlayıb. İnşallah, hər şey belə davam edərsə, bir-iki günə evə yazılmaq planımız var. Hələlik bərpa müalicələrini davam etdiririk”, – deyə həkim əlavə edib.

Qeyd edək ki, Ələsgər Həsrətov Azərbaycanda neyrocərrahiyyənin qurucusu və bu sahə üzrə Qafqazın ən güclü mütəxəssislərindən biridir.

Xatırladaq ki, iki gün öncə 8  saatdan çox davam edən əməliyyat zamanı S.Həsənovanın beyin şişinin cərrahi yolla götürülməsi (ekstirpasiyası) prosesi aparılıb.

 

Şəbnəm

Gununsesi.info