Kennedinin qətli ilə bağlı sirlər ictimaiyyətə açıqlanacaq

  • By Günel
  • 18 Mart 2025 09:07

Bu gün ABŞ-nin mərhum 35-ci prezidenti Con Kennedinin öldürülməsi işi ilə bağlı təxminən 80 min səhifəlik material ictimaiyyətə açıqlanacaq.

Gununsesi.info xəbər verir ki, bunu Amerikanın hazırkı lideri Donald Tramp deyib.

“Seçki kampaniyası zamanı dedim ki, bunları ictimailəşdirəcəyəm. Mən isə sözümün ağasıyam, ona görə də Kennedi ilə bağlı sənədləri alacaqsınız, təxminən 80 min səhifədir”, – deyə o bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Con Kennedi 1963-cü il noyabrın 22-də seçki işləri üçün getdiyi Texasda sui-qəsd nəticəsində öldürülüb.

Gununsesi.info