
Azərbaycanın 2016-cı ildən ev sahibliyi etdiyi Formula 1 yarışı bu il başa çatır.
Ancaq bəzi iddialara görə, hökumət daha bir neçə il bu yarışları keçirmək istəyir.
Bu isə paytaxt sakinlərinin hər bu yarış dövründə üzləşdiyi tıxac səbəbindən çətinliklərinin artması deməkdir.
Əgər yarışlar daha bir neçə il uzadılarsa, yenə də insanlar şəhərin mərkəzində həbsxana mənzərərsini xatırladan dəmir qəfəslərin arasında qalmalı olacaq.
Gununsesi.info-nun xəbərinə görə, Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin mətbuat katibi Turab Teymurov bildirib ki, Formula-1 Azərbaycan Qran-Prisinin müqavilə müddətinin uzadılması ilə bağlı danışıqlar gedir.
Bu ay keçiriləcək yarışlarla bağlı artıq sosial şəbəkələrdə paytaxt sakinlərinin etirazları davam edir.
Çətinliklə üzləşən vətəndaşlar hökuməti onların rahat həyatını pozmaqda günahlandırır.
Afət Abbasova
Gununsesi.info