Bu kəndlərdə qaz kəsiləcək

  • Müəllif: Firuzə
  • 08 İyun 2026 20:03

Sabah Şəki rayonunun Baş Zəyzid və Vərəzət kəndlərinin təbii qaz təchizatında fasilə yaranacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismar İdarəsi məlumat yayıb.

Buna səbəb payız-qış mövsümünə hazırlıq işlərinin aparılmasıdır.

Məlumata görə, iyunun 9-da saat 10:00-dan etibarən işlər yekunlaşanadək adıçəkilən yaşayış məntəqələrinin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Gununsesi.info