Bu malların idxalı gömrük rüsumlarından azad edilir

  • By admin
  • 28 Oktyabr 2022 14:03

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Gömrük tarifi haqqında” qanunda dəyişiklik müzakirəyə çıxarılıb.

Gununsesi.info xəbər verir ki, qanun layihəsi ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan işğaldan azad edilmiş ərazilərin rezidentləri tərəfindən istehsal fəaliyyəti sahələri üzrə xammal və materialların idxalının 2023-cü il yanvarın 1-dən 10 il müddətinə gömrük rüsumlarından azad edilməsini nəzərdə tutur.

Qeyd olunub ki, həmin xammal və materialların siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq ediləcək.

Gununsesi.info