Bu ölkədə dronlar qadağan edildi

  • By admin
  • 23 Yanvar 2022 18:58

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) həvəskarlara dron uçurmaq qadağan edilib.

Gununsesi.info xəbər verir ki, bu qərar Yəmənin şimalında hökmranlıq edən üsyançı “Ənsar Allah” (husilər) hərəkatının bu yaxınlarda dronlar vasitəsilə Əbu-Dabiyə hücumundan sonra verilib.

Qeyd edək ki, sözügedən insident nəticəsində üç nəfər ölüb, altı nəfər yaralanıb.

Husilər hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Onlar basqını BƏƏ-nin Yəməndə onlara qarşı hərbi əməliyyatlarda iştirakına cavab adlandırıblar.

 

Gununsesi.info