Bu tarixdə Qarabağda təyyarələrimiz HAVAYA QALXACAQ - Deputat ELAN ETDİ

  • By admin
  • 03 May 2021 11:37

Füzuli hava limanının tikintisi intensiv şəkildə davam etdirilir. Hazırda limanın, enmə zolağının və yardımçı tikillilərin inşaatına 500-ə yaxın işçı cəlb olunub.

Gununsesi.info xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov qeyd edib.

V.Bayramov bildirib ki, hava limanı 1 saatda 200 sərnişinə xidmət edə biləcək: “Hava limanı uzunluğu 3 km, eni 60 metr olan uçuş enmə zolağı, 60 min kvadrat metrlik 8 hava gəmisinin dayanması üçün sahə, sərnişlərə xidmət göstərəcək terminal, hava gəmilərinin idarəedilməsi üçün qüllə, transformator yarım stansiyası, qazanxana, su anbarı və başqa köməkçi tikililərdən ibarət olacaq”.

Hava limanının infrastrukturu nə zaman hazır olacaq?

Deputat vurğulayıb ki, Füzuli hava limanının əsas infrastrukturunun bu il sentyabrın 5-dək hazır olması gözlənilir: “Bu ilin payızında hava limanı ilk uçuşları həyata keçirə biləcək”.

 

Füzuli Hava limanın əhəmiyyəti nədir?

Millət vəkilinin sözlərinə görə, Füzuli hava limanı işğaldan azad edilmiş ərazilərimizə xarici turistlərin gəlməsi baxımından olduqca faydalıdır və yeni imkanlar yaradacaq: “Nəzərə alsaq ki, Qarabağın incisi hesab olunan və Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə gəlmək istəyən xarici turistlərin sayı kifayət qədər çoxdur. Füzulidə hava limanının tikilməsi imkan verəcək ki, həmin turistlər daha sərfəli və qısa yolla, praktik olaraq birbaşa işğaldan azad olunan ərazilərimizə səfər edə bilsinlər. Bu amil işğaldan azad edilmiş ərazilərimizə eləcə də Füzuli rayonuna gələcək turistlərin sayına müsbət təsir göstərəcək və daha çox turistin ölkəmizə gəlməsinə imkan yaradacaq.

Eyni zamanda hava limanı yükdaşımalar, xüsusən də beynəlxalq yükdaşımalar üçün vacib əhəmiyyət kəsb edir. İşğaldan azad edilmiş ərazilərimizin sənaye potensialını nəzərə alsaq, Füzulidə açılacaq hava limanı həm də həmin ərazilərdə istehsal olunacaq sənaye məhsullarının dünya bazarına çıxarılması və bütövlükdə regionun ixrac imkanlarının genişləndirilməsi baxmından vacibdir. Hava limanın inşası və yaxın gələcəkdə istifadəyə verilməsi yeni iş yerlərinin yaradılmasına da xidmət edəcək. Bu xüsusən, işğaldan azad olunmuş ərazilərimizdə məskunlaşan vətəndaşlarımızın məşğulluğunun təmin olunması baxımdan da vacibdir”.

Gununsesi.info