Cənubi Koreyanın baş naziri vəzifəsinə qayıtdı

  • By Günel
  • 24 Mart 2025 08:05

Koreya Respublikasının Konstitusiya Məhkəməsi Baş nazir Han Dok Sunun impiçmentini rədd edib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Yonhap” xəbər agentliyi məlumat yayıb.

Nəticədə Han Duk-soo vəzifəsinə bərpa edilib. O, prezident səlahiyyətlərini icra edən statusu da geri qaytara bilib.

2024-cü il dekabrın 27-də parlament hökumət başçısına impiçment elan edib. Deputatlar onu “qiyama kömək etməkdə” ittiham ediblər. Han Duk Su özü hərbi vəziyyətin tətbiqinə qarşı olduğunu israr edir.

Gununsesi.info