Çin ABŞ-a qarşı Rusiya ilə ittifaq ELAN ETDİ

  • By admin
  • 09 Sentyabr 2022 19:20

“ABŞ bütün gücü ilə dünyanın cilovunu öz əlində saxlamaq fürsətindən istifadə edir. Lakin reallıq başqa qaydaları diktə edir. Beynəlxalq arenada bir çox güclü oyunçular artıq Vaşinqton administrasiyasının təzyiqlərinə dözməyə hazır deyillər. Bu məsələ ilə bağlı Çində mühüm açıqlama verilib”.

Gununsesi.info xəbər verir ki, bu barədə “utro.ru” portalı yazıb.

Qeyd edilib ki, Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin rəhbəri Li Zhanshu bildirib ki, Pekin Birləşmiş Ştatların hegemonluğuna qarşı Moskva ilə çiyin-çiyinə mübarizə aparmağa hazırdır. Bu istiqamət iki ən böyük dünyanın güclü dövlətinin strateji qarşılıqlı fəaliyyətində ən vacib istiqamətlərdən biridir.

“Mühüm istiqamət Amerikanın hegemonluq, təqib və güc siyasətinə birgə müqavimətdir”, – xəbərdə vurğulanıb.

Yüksək çinli nümyəndələr qeyd ediblər ki, Moskva və Pekin niyə Vaşinqtonun əsas rəqibinə çevrildiklərini yaxşı bilir. Amerikalılar öz hökmranlıqlarını saxlamaq üçün hər şeyi edirlər və digər böyük dövlətlərin güclənməsinə dözümlülük nümayiş etdirməyə hazır deyillər. Bununla belə, Çin və Rusiya birgə səylərlə ABŞ-a layiqli cavab verə biləcəklər.

Gununsesi.info