Çin ABŞ-la qarşıdurmaların qarşısını almaq üçün hər şeyi edir

  • By admin
  • 29 Aprel 2021 12:40

Çin suverenliyini, təhlükəsizliyini və inkişaf maraqlarını qəti şəkildə müdafiə edəcəkdir.

Gununsesi.info xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vang Venbin deyib.

Onun sözlərinə görə, Çin ABŞ ilə münasibətlərini qarşıdurma olmadan inkişaf etdirmək üçün mümkün olan hər şeyi edir.

Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Konqresdəki çıxışında Çin rəhbərinə rəqabəti alqışladığını və qarşıdurma axtarmadığını, ancaq Amerikanın maraqlarını qoruyacağını söyləmişdi.