Putin haqda danışan Bayden çətin duruma düşdü: Bağışlayın...

  • By admin
  • 29 Aprel 2021 11:58

ABŞ Prezidenti Co Bayden Rusiyayla əlaqədar çıxışında yenə çətin vəziyyətdə qalıb və “eskalasiya” sözünü tələffüz edə bilməyib.

Gununsesi.info xəbər verir ki, Amerika liderinin çıxışı “ABC News” tərəfindən yayımlanıb.

“Bunun bir çoxunuzu narahat etdiyini bilirəm, ancaq Putinə esk, esk, esk… istəmədiyimizi açıq şəkildə bildirdim – bağışlayın – eskalasiya”, – Bayden qeyd edib.

ABŞ Prezidenti bundan əvvəl ölkələr arasındakı münasibətlərə dair çıxışı zamanı da, Rusiya lideri Vladimir Putinin adını tələffüz edə bilməyib. ABŞ başçısı Rusiya liderini “Prezident Klutin” adlandırıb.