Çindən suni zəka həmləsi

  • By admin
  • 26 May 2023 16:37

Çinin axtarış motoru “Baidu”nun Baş direktoru Robin Li şirkətin çox yaxında “Baidu”ya güc verərək məhsuldar bir suni zəka dil modeli olan Ernie 3.5-i rəsmən birjalara buraxacaqlarını söyləyib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Li bu açıqlamanı Çinin ən tanınmış texnologiya toplantılarından biri Zhongguancun Forumda Ernie Botun xalqa ilk dəfə göstərilməsindən iki ay sonra etdi.

O zamandan bəri, Ernie Bot və şirkətin məhsuldar suni zəka geniş dil modeli tərəfindən dəstəklənən digər məhsullar, bəllli sayda şirkət və işlədicinin məhsulları sınaqdan keçirməsi və geri bildiriş etməsi üçün dəvət edildiyi təcrübə rejimində qaldı.

550 milyard doğru parametrli Ernie Bot tamamı ilə Çin bazarına köklənən dizayn edilmiş bir modeldir.

Çinin fərqli ləhcələrini bilən bu qurğu səsli cavablar verə bilməklə yanaşı, Çin dilində mətnlərdən görüntü və videolar da yarada bilir.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info