Co Bayden Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat yayıb - DEMOKRAT NAMİZƏD TÜRKİYƏ VƏ RUSİYANIN PROSESDƏN KƏNARLAŞDIRILMASINI İSTƏYİR

  • By admin
  • 29 Oktyabr 2020 23:18

 

ABŞ prezidentliyinə Demokrat namizəd Co Bayden Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yeni bəyanat  yayıb.

Gununsesi.info-nun xəbərinə görə, Bayden bəyanatında Tramp administrasiyasını Azərbaycana hərbi avadanlıq axınını dayandırmağa, Türkiyə və Rusiyanın münaqişəni qızışdırmağa imkan verməməyə çağırıb.

“Oktyabrın 25-də Dövlət Katibi Pompeonun elan etdiyi atəşkəsin pozulması ilə onsuz da çox əziyyət çəkən və təhlükəsizliyi təmin olunmalı olan Dağlıq Qarabağ insanları genişmiqyaslı humanitar fəlakətlə üzləşirlər,” sabiq vitse-prezident bildirib.

Co Bayden döyüşlərin bir aydan çox müddət davam etdiyini nəzərə aldıqda Prezident Trampın çoxdan Ermənistan, Azərbaycan və Türkiyə liderləri ilə birbaşa danışıqlar aparmalı və “dərhal deeskalasiyaya və Azərbaycan qoşunlaırnın Dağlıq Qarabağa doğru irəliləməsinin qarşının alınmasına” çağırmalı olduğunu qeyd edib.

Sabiq vitse-prezident deyib ki, Prezident Tramp seçki kampaniyalarında razılıq əldə etmək bacarıqları ilə lovğalansa da, hələ də şəxsən bu müharibəni dayandırmaq üçün müdaxilə etməyib.

“Administrasiya Azərbaycana hərbi avadanlıqların axınını dayandırmaq üçün Azadlığa Dəstək Aktının 907-ci maddəsindəki tələbatları tam həyata keçirməli, Türkiyə və Rusiyanı silah təchiz edərək və Türkiyənin isə muzdlu əsgər göndərərək münaqişəni qızışdırmağa son qoymağa çağırmalıdır,” o bildirib.

Prezidentiyə Demokrat namizəd Birləşmiş Ştatların avropalı tərəfdaşları ilə birgə döyüşlərə son qoymaq üçün diplomatik səylərə başçılıq etməli və itkilərə son qoymaq üçün beynəlxalq humanitar yardıma çağırmalı olduğunu vurğulayıb.

“Mənim administrasiyam altında tam olaraq bunlar baş verəcək,‘ Bayden əlavə edib.

 

Gununsesi.info