Dəhşətli partlayışdan sonra Beyrut küçələri təmizlənir - VİDEO

  • By admin
  • 06 Avqust 2020 15:17

Beyrutda baş vermiş güclü partlayışın fəsadları aradan qaldırılır.

Gununsesi.info “İhlas Haber Ajansı”-na istinadla məlumat verir ki, könüllü qruplar küçələrdə səliqə-sahmanın bərpa edilməsində yaxından iştirak edirlər.

Qeyd edək ki, avqustun 4-də Livan Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında yerləşən Beyrut limanında güclü partlayış baş verib.

Hadisə ilə bağlı Beyrutda iki həftəlik fövqəladə vəziyyət elan edilib.

Gununsesi.info