Xəbər verdiyimiz kimi, ötən gün Naxçıvanda ər və arvad dəm qazı sızmasından boğularaq ölüblər.
Gununsesi.info Unikal-a istinadla xəbər verir ki, hadisə nəticəsində həyatını itirən 29 yaşlı Altay Cəfərov hərbçi olub.
Mərhumun həyat yoldaşı, 27 yaşlı Səmənnaz Cəfərova da dünyasını dəyişib.
Onların 2 yaşlı övladı həmin gün nənəsigildə olub.










