Dənizdə balıq tutarkən boğulub öldü

  • Müəllif: Firuzə
  • 30 Yanvar 2026 09:40

Neftçala sakini dənizdə boğulub.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Mayak kəndi yaxınlığında baş verib.

Kənd sakini Habil Qabil oğlu Məmmədov dünən Xəzər dənizində balıq ovu etmək istəyərkən boğularaq ölüb.

Faktla bağlı Neftçala Rayon Prokurorluğunda araşdırma aparılır.

Gununsesi.info