Daha bir MTN polkovnikinə hökm oxundu

  • By admin
  • 24 İyun 2022 18:28

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində daha bir Milli Təhlükəsizlik Nazirliyi sistemində yüksək vəzifə tutmuş şəxsə hökm oxunub.

Gununsesi.info-nun xəbərinə görə, bu şəxs  MTN-inin  Qusar, Kürdəmir rayon şöbələrinin rəisi olmuş polkovnik Bahadır Qocayevdir. Məhkəmənin hökmü ilə ona 5 il 6 ay həbs cəzası kəsilib.

Keçmiş rəis   dələduzluq, rüşvət verməyə təhrik kimi əməllərdə suçlu sayılıb.

2015-ci ilin oktyabrında MTN-də nazirin işdən çıxarılması, bir neçə general da daxil olmaqla, 20-dən artıq vəzifəli şəxsin həbsiylə nəticələnən əməliyyatdan sonra bu qurumdan uzaqlaşdırılanlardan biri də Qocayev olub.

O, sonradan Lənkəran Dövlət Universitetinin prorektoru təyin edilib.

İddia olunur ki, Qocayev həmin dövrdə özünü DTX əməkdaşı kimi təqdim edib, səlahiyyətli şəxslərlə münasibətləri olduğunu bildirərək, işə düzəltmək adıyla pul alaraq dələduzluq edib. Sonradan iş alınmayanda pulu verən şəxs şikayətçi olub.

 

Mayis 

Gununsesesi.info