Delimitasiya üzrə Komissiyanın növbəti iclası Brüsseldə keçiriləcək

  • By admin
  • 31 Avqust 2022 13:34

“Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinləri Şahin Mustafayevlə Mqer Qriqoryanın üçüncü görüşü Brüsseldə keçiriləcək”.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı “Joxovurd” qəzeti yayıb.

“Baş nazirlərin müavinlərinin yeni görüşü Azərbaycan və Ermənistan liderlərinin görüşündən sonra 1 ay ərzində baş tutacaq”, – deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, avqustun 30-u Moskvada Şahin Mustafayev və Mqer Qriqoryanın sədrliyi altında Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın ikinci görüşü keçirilib. Görüş zamanı üçüncü görüşün razılaşdırılmış müddət ərzində keçirilməsinə dair razılıq təsdiqlənib.

Gununsesi.info