Deniz Baykal dəfn edildi -FOTO

84 yaşında dünyasını dəyişən Türkiyənin tanınmış siyasətçisi, Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş sədri Deniz Baykalla vida mərasimi keçirilib.

Gununsesi.info  “Hürriyet”ə istinadən xəbər verir ki, mərasim ilk olaraq, CHP-nin Qərargahının önündə, sonra isə Türkiyə BöyükMillət Məclisində (TBMM) təşkil edilib.

Eyni zamanda Ankarada Ahmet Hamdi Akseki məscidində keçirilən vida mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib. D.Baykal daha sonra Ankarada dəfn edilib.

Xatırladaq ki, Deniz Baykal fevralın 11-i Ankarada evində dünyasını dəyişib. O, 37-ci hökumətdə maliyyə naziri, 42-ci hökumətdə enerji və təbii sərvətlər naziri, 52-ci hökumətdə xarici işlər naziri və Baş nazirin müavini vəzifələrində çalışıb.





Gununsesi.info