Cinsi təcavüzdə ittiham olunan Depardye məhkəmə qarşısına çıxacaq

  • By Günel
  • 24 Mart 2025 08:25

Fransalı aktyor Jerar Depardye “Yaşıl dalğalar” filminin çəkiliş meydançasında cinsi təcavüzə yol verdiyi martın 25-də Parisdə məhkəmə qarşısına çıxacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə “Le Temps” qəzeti məlumat yayıb .

Aktyorun səhhəti ilə əlaqədar məhkəmə prosesi 2024-cü ilin oktyabrından təxirə salınıb.

İki qadın – 53 yaşlı quruluşçu rəssam Ameli və 33 yaşlı rejissor köməkçisi Depardyeni 2021-ci ilin sentyabrında baş verən insidentlərdə ittiham ediblər.

Aktyorun vəkilləri tibbi səbəblərə görə məhkəmənin təxirə salınmasına nail olublar.

“Depardye bütün ittihamları qəti şəkildə rədd edir, onları yalan adlandırır”, – onun nümayəndələri bildiriblər.

Gununsesi.info