Diplomatlarımız Fəxri Xiyabanı və Şəhidlər xiyabanını ziyarət etdilər

  • By admin
  • 09 İyul 2022 09:45

Bu gün Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı münasibətilə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) rəhbər heyəti və diplomatik nümayəndəliklərin rəhbərləri Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edib.

Gununsesi.info xəbər verir ki, bu barədə XİN Twitterdə paylaşım edib.

Qeyd edək ki, 9 iyul Azərbaycan Xarici İşlər Nazirliyi diplomatik xidmət orqanlarının yaradılması günüdür.

Gununsesi.info