Dünya Azərbaycanlılarının Zəfər Qurultayı keçiriləcək

  • By admin
  • 01 Aprel 2022 11:21

Dünya Azərbaycanlılarının Zəfər Qurultayı keçirilməsi planlaşdırılır.

Gununsesi.info xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Vəsilə Vahidqızı sosial şəbəkədə paylaşım edib.

Məsələ ilə bağlı komitə sözçüsündən münasibət öyrənməyə çalışdıq. Vəsilə Vahidqızı Publika.az-a açıqlamasında bildirib ki, yaxın vaxtlarda bu barədə rəsmi açıqlama veriləcək:

“Bir neçə günə bununla bağlı rəsmi açıqlama veriləcək. Mənim indi rəsmi açıqlama vermək ixtiyarım yoxdur”.

Məsələni araşdırmağa davam etdik. Digər mənbələrdən əldə etdiyimiz məlumata görə,  Dünya Azərbaycanlılarının Zəfər Qurultayında iştirak edəcək jurnalistlərin və digərlərinin siyahısını da Diasporla İş üzrə Dövlət Komitəsi hazırlayır.

Hətta əldə etdiyimiz məlumatlara görə Zəfər Qurultayı Bakıda deyil, işğaldan azad olunan ərazilərimizdə, bir qədər də dəqiqləşdirsək, Şuşa şəhərində keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, bir neçə gün öncə Şuşa şəhəri Türk Dünyasının Mədəniyyət Paytaxtı elan edilib.

Gununsesi.info