Dünyanın ən böyük hörümçək toru bu ölkənin sərhədində tapılıb - FOTO

Yunanıstan və Albaniya sərhədində yerləşən Kükürd mağarasında dünyanın ən böyük hörümçək toru aşkarlanıb.

“Subterranean Biology” jurnalında dərc olunan araşdırmaya görə, 106 kvadrat metr ölçüsündə olan bu nəhəng toru 111 minədək hörümçək hörüb.

Alimlərin fikrincə, “hörümçək metropolu” adlandırılan bu tor mağaranın qaranlıq, dar keçidlərində formalaşıb və minlərlə qıf şəkilli torun birləşməsindən ibarətdir.

Transilvaniyadakı Sapientia Universitetinin tədqiqat rəhbəri İstvan Urak bildirib ki, tor iki fərqli növün — Tegenaria domestica (ev hörümçəyi) və Prinerigone vagans növlərinin birgə fəaliyyəti nəticəsində yaranıb. Mağarada təxminən 69 min ev hörümçəyi və 42 mindən çox P. vagans yaşayır.

Qaranlıq şəraitdə görmə qabiliyyəti zəifləmiş bu növlər bir-birinə düşmən olsalar da, eyni qida mənbəyindən midges adlanan kiçik həşəratlardan qidalanırlar.

Tədqiqatçılar bildiriblər ki, torun çəkisi o qədər böyükdür ki, bəzi yerlərdə öz ağırlığı altında divardan qopur.

Günay

Gununsesi.info