Çin, Rusiya, Braziliya, Cənubi Afrika və Hindistanın liderliyindəki BRİCS Qərb ölkələrinə qarşı ilk ortaq pul valyutalarını çıxarıblar.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, ötən həftə Cənubi Afrikanın Yohanesburq şəhərində toplanan təşkilat ölkələri güclü bir həmlə ilə çıxardıqları əskinasları dünya ictimaiyyətinə tanıdıblar.
Rusiyanın Cənubi Afrikadakı səfiri Ilya Roqaçev BRİCS-ə yeni qatılan Birləşmiş Ərəb Əmirliyinin bu ölkənin paytaxtı Pretoriyadakı səfirliyində keçirilən tədbir zamanı pulun tanıtımını edib.
Çap edilən 100-lük pul əskinası Rusiyada hazırlanıb. Simvolik pul valyutası Birləşmiş Ərəb Əmirliyinin səfirinə təqdim edilib.
Pul əskinasında 5 ölkənin bayraqları diqqət çəkib. Çap edilən yeni beynəlxalq valyuta ilə BRİCS Amerika dollarına meydan oxuyub.
Bu valyutanın ABŞ dollarına qarşı bir rəqabət vasitəsi olacağı proqnozlaşdırılır.
Pul əskinasında “BRİCS Yeni İnkişaf Bankı” adına da yer verilib.
Xatırladaq ki, son dönəmlərdə BRİCS ölkələri təşkilatına Misir, Argentina, İran, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi və Efiopiya üzv omuşdu.
Tərcümə: Arzu