Elon Musk uşaqlarda transseksuallığa yol açacaq qanunun qəbulu səbəbindən SpaceX-in qərargahını Kaliforniyadan Texasa köçürür.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bu barədə o, X platformasındakı paylaşımında bildirib.
Bu qərarın arxasında duran səbəblərdən biri kimi Kaliforniyada qəbul edilən və məktəblərin valideynlərinə şagirdlərin cinsiyyətinin dəyişdirilməsi tələbləri barədə məlumat verməsini qadağan edən yeni qanunu göstərib və bu qanunu “Son damla” kimi xarakterizə edib.
Bildirilir ki, Kaliforniya qubernatoru Gavin Newsom tərəfindən imzalanan qanun, valideynlərin tələbələrin cinsini dəyişdirmək və ya yeni əvəzliklərdən istifadə etmək tələblərindən xəbərdar edilməsini tələb edən məktəb siyasətlərini qadağan edəcək.
Musk keçmişdə transgenderlər haqqında söylədiyi təxribat xarakterli açıqlamalarına görə tənqid edilib.
Onun öz qızı qanuni olaraq adını və cinsiyyətini dəyişdirərək məhkəmə sənədlərində “Mən artıq bioloji atamla heç bir şəkildə əlaqə qurmaq istəmirəm” demişdi.
Musk, 2023-cü ildə istifadəçilərin qəsdən yanlış cinsiyyət göstərməsinə və ya köhnə adları ilə xatırlanmasına mane olan X qaydalarını ləğv etdi, lakin bu siyasətlər 2024-cü ildə bərpa edildi.
Bildirilir ki, Maskın qərargahına köçməsi X və SpaceX şirkətlərinin minlərlə əməkdaşına təsir edəcək, çünki hər iki şirkət işçilərindən ofislərdə işləməyi tələb edir.
Mask 2022-ci ildə X-i əldə etdikdən sonra, demək olar ki, bütün işçilərinin ofisə qayıtmasını tələb edib.
Gununsesi.info