Erməni milyarder separatçılara 5 milyon dollar ayırdı

  • Müəllif: admin
  • 03 Yanvar 2021 13:58

Rusiyanın “Taşir” şirkətlər qrupunun təsisçisi erməni milyarder Samvel Karapetyan Ermənistan və Qarabağdakı separaçılar üçün 5 milyon dollar ayırıb.

Gununsesi.info Axar.az-a istinadən xəbər verir ki, bu məlumatı Karapetyanın oğlu Sərkis Karapetyan öz Feysbuk səhifəsində paylaşıb. O bu vəsaitin humanitar və sosial proqramların reallaşdırılması üçün ayrıldığını deyib.

Qeyd edək ki, Samvel Karapetyan Rusiyadakı ermənilər arasında ən zəngin şəxs sayılır.

Gununsesi.info