Ermənistan rəhbərliyi Rusiyaya gedir

  • By admin
  • 29 Noyabr 2020 12:01

 

Noyabrın 27-də Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Moskvada Ermənistanda Rusiya Regional Akademiyasının rəhbəri Artur Baqdasaryanla görüşüb.

RİA agentliyinin məlumatına görə, tərəflər “Qarabağda vəziyyəti və iki ölkə arasında münasibətlərin dərinləşdirilməsi məsələlərini müzakirə ediblər”.

Əssaən, tərəflər regional və qlobal təhlükəsizlik problemlərini, yeni reallıqlar fonunda əməkdaşlığın inkişaf mexanizmlərini və istiqamətlərini nəzərdən keçiriblər.  Qarabağda barışıqla əlaqədar razılaşmaların həyata keçirilməsinin ,sərhədlərin demarkasiyası, əsirlərin qaytarılması, itkin düşənlərin axtarışı, mədəni irsin qorunması və abidələrin mühafizəsinin vacibliyi qeyd olunub.

Humanitar, sosial-iqtisadi, elmi – tədqiqat və təhsil əməkdaşlığının inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

Maraqlıdır ki, Patruşev bu qədər ciddi məsələləri bunda səlahiyyəti olmayan erməni məmurlar ilə müzakirə edib. Qeyd edək ki, Patruşev onu, ümumiyyətlə, TŞ-də qəbul edib.

Odur ki, bu faktı Moskvanın Baqdasaryanı Yerevanda yüksək postda görmək istəyi kimi qiymətləndirmək olar.

Bu gün isə Ermənistan prezidenti Armen Sarkisyan Moskvaya “qeyri-rəsmi səfərə” gedib. Onun proqramına erməni diasporu və Rusiya rəsmiləri ilə görüş daxildir.

İki gündən sonra baş nazir Paşinyan da Moskvaya səfər edəcək və yüksək səviyyədə görüşlər keçirəcək.

Gözləmək olar ki, Ermənistanın yeni hökumətinin formalaşdırılması və ona maksimum sayda rusiyapərəst kadrların daxil edilməsi məsələləri həll olunacaq. Çünki Paşinyan zəif və rusiyapərəst hərbçi Vaqarşak Arutyunyanı artıq müdafiə naziri etdi, Ermənistan isə öz xarici və daxili siyasətini Kremllə razılaşdırmağa hazırdır.