“Ermənistan tamamilə tərk-silah olunmalıdır” – MÜSAHİBƏ

  • By admin
  • 26 Fevral 2021 21:52

Musa Urud: “Ermənistanda nə dövlət, nə də millət məsuliyyəti yoxdur”

“Bu dövlətinin silahlarla davranışı üzərində beynəlxalq nəzarətin tətbiqinə ehtiyac var”

Prezident İlham Əliyevin bugünkü mətbuat konfransında səsləndirdiyi fikir və bəyanatlar yalnız ölkə daxilində deyil, beynəlxalq aləmdə böyük marağa və müzakirərə səbəb olub.

 

Gununsesi.info bildirir ki, Moderator.az olaraq millət vəkili Musa Urudla söhbətimizdə, ölkə başçısının bugünkü mətbuat konfransı ilə bağlı bəzi məqamları şərh etməyə çalışdıq.

 

-Musa müəllim, bu gün ölkə başçısı 4 saatdan da artıq müddətdə media nümayəndələrinin suallarını cavablandırdı, sadəcə Azərbaycanın deyil, bütövlükdə regionun gələcəyi ilə bağlı düşüncəsini rotaya qoydu. Bilmək istərdik ki, ölkə başçısının bugünkü mətbuat konfransını necə dəyərləndirirsiniz?

 

-Bugünkü mətbuat konfransı tarixi bir hadisə oldu. Dünya tarixində çox nadir hallarda ölkə başçısının bu cür əhatəli mətbuat konfransı olur.

 

Mətbuat konfransı 4 saatdan çox davam etdi və prezident İlham Əliyev ona sual ünvanlayan hər bir əcnəbi jurnalistə onun öz dilində cavab verdi. Bu, bütün dünyada rezonans və qibtə doğuracaq bir hadisədir. Bu, bizim prezidentimizin nə qədər dərin ağla, düşüncə və dərrakəyə malik olduğunu, onun peşəkarlığını göstərir.

 

Dünya bu konfrans vasitəsi ilə prezidentimizin, onun timsalında Azərbaycan dövlətinin ədalətli mövqeyinə bir daha bələd oldu. Azbaycanın mövqeyi isə ondan ibarətdir ki, bölgədə sülh olsun, inkişaf olsun, firavanlıq olsun. Bölgənin inkişafı üçün isə bölgədə təhlükəsizliyin təmin edilməsi əsas şərtdir. Cənab prezident bugünklü mətbuat konfransında çox ciddi şəkildə bu məsələnin üzərində dayandı.

-Ölkə başçısı bugünkü konfransda həm də Rusiyanın Ermənistana verdiyi “İsgəndər” raketləri ilə bağlı narahatlığını ifadə etdi və bidlirdi ki, hələ bu raketlər Ermənistana verilən zaman Rusiyanın həmin raketləri geri almasının vacibliyini vurğulayıb. Sizcə Vətən Müharibəsində Gəncə, Bərdə kimi iri şəhərlərdə mülki insanları raket zərbələrinə məruz qoyan terrorçu dövlətə bu cür dağıdıcı raketlərin verilməsi bütün region üçün ciddi təhlükə hesab edilə bilərmi?

 

-Məsələ bundadır ki, bölgədə təhlükəsizliyin təmin edilməsi üçün hər bir bölgə dövləti öz məsuliyyətini dərindən dərk etməlidir. 30 ilə yaxın bir müddət göstərdi ki, Ermənistanda nə dövlət, nə də millət məsuliyyəti yoxdur. Ermənistan təcavüzkar bir dövlətdir və bundan sonra da Ermənistan siyasi arenasıdna nə baş verməsindən, hakimiyyətə kimlərin gəlməsindən asılı olmayaraq,  Ermənistan tamamilə tərk-silah olunmalıdır.

 

Ermənistanda “İsgəndər”, “Uraqan”, “Smerç” və s. kimi raketlərin olması, bu ölkədə mülki əhaliyə qarşı tətbiqi beynəlxalq konvensiyalarla qadağan edilən raketlərin mövcudluğu bütün bölgə üçün ciddi təhlükə mənbəyidir. Çünki Ermənistanın təcavüzkar, aqressiv dövlət olduğu hər kəsə məlumdur. Hesab edirəm ki, Rusiya dövləti də Paşinyanın son bəyanatlarından lazımi nəticə çıxaracaq, belə məsuliyyətsiz şəxlərin rəhbərlik etdiyi Ermənistan kimi təcavüzkar dövlətin dağıdıcı raketlərə sahiblənməsinə imkan verməyəcək.

 

Cənab prezident Paşinyanın “İsgəndər” raketlərinin tətbiqi ilə bağlı səsləndirdiyi bəyanata da münasibət bildirdi. Ölkə başçısı Paşinyanın bu bəyanatını yalanlayan fikirlər səsləndirdi. Bildirdi ki, Azərbaycana qarşı “İsgəndər” raketləri tətbiq olunmayıb. Bu, Paşinyanın – bir dövlətin rəhbərinin nə qədər məsuliyyətsiz informasiyalar səsləndirdiyini göstərir.

 

Ermənistanda son günlər revanşist qvvələrin baş qaldırması cəhdləri bir daha sübut edir ki, belə təcavüzkar dövlətə uzaqmənzilli, böyük insan tələfatına səbəb olacaq raketlərin verilməsi qəbuledilməzdir. Cənab prezident haqlı olaraq bildirdi ki, “İsgəndər” raketləri Ermənistana verilən zaman bunun təhlükəli bir addım olduğunu diqətə çatdırmışdı. Yaxşı olar ki, Rusiya həm “İsgəndər”, həm də digər raketlərini geri götürsün. Bu, Rusiyanın özünün də bir dövlət kimi sülh və əminamanlıq yolunda xidməti olar.

 

Biz qardaş Türkiyə dövləti ilə birlikdə Qafqaz regionunda bütün region dövlətlərin bir platformada birləşməsi və fəaliyyətinin təşəbbüskarı kimi çıxış edirik. Əgər Ermənistan da bu platformaya qoşularsa, bu, hər şeydən çox Ermənistanın özü üçün faydalı olar.

-Musa müəllim, Vətən Müharibəsi zamanı ermənilərin mülki insanlara qarşı törətdiyi cinayətlər Ermənistanın hərbi-siyasi rəhbərliyinin hər cür avantüraya hazır olduğunu təsdiqlədi. Sizcə belə olduğu təqdirdə Ermənistanın mümkün təxribatlarının qarşısını almaq üçün hansı addımların atılması daha faydalı olardı?

 

-Gələcəkdə, Ermənistan dövlətinin silahlarla davranışı üzərində beynəlxalq nəzarətin tətbiqi faydalı olardı. 44 günlük müharibə dönəmində ermənlərin heç bir hərbi zərurət olmadan Gəncəyə, Tərtərə, Bərdəyə raket zərbələri endirməsi, mülki insanları qətlə yetirməsi, o cümlədən Xızıya, Siyəzənə raket zərbəsi endirmək cəhdləri Ermənistanın təcavükar xislətindən xəbər  verir. Hansı ki, bütün bu hadisələrə görə beynəlxaql təşkilatlar, beynəlxalq ictimaiyyət öz münasibətini bildirməlidir. Bu cür cinayətlər əsla cəzasız qalmamalıdır. Belə cinayətlər cəzasız qalanda, o zaman terrorçu qüvvələr də həvəslənir, yeni cinayətlərə təşəbbüslər edirlər.

 

Əminəm ki, prezidentin bugünükü mətbuat konfransında səsləndirdiyi fiirlər, verdiyi bəyanatlar dünya dövlətləri, beynəlxalq ictimaiyyət tərəfindən maraqla təhlil ediləcək, öyrəniləcək. Prezidentimizin bugünkü mətbuat konfransında səsləndirdiyi fikirlər bütünlükdə dünyada sülhün, əminamanlığın qorunması, möhkəmlənməsinə töhfə verəcək.

Gununsesi.info