Ermənistanın daha bir şəhəri AYAĞA QALXDI

  • By admin
  • 14 Dekabr 2020 17:27

Ermənistanın ikinci ən böyük şəhəri Gümrüdə etiraz aksiyası keçirilib.

Gununsesi.info xəbər verir ki, “Daşnaksütyun” partiyasının təşkil etdiyi aksiya çərçivəsində üç mərkəzi küçə yarım saat boyunca nəqliyyatın hərəkətinə bağlanıb.

Baş nazir Nikol Paşinyanın istefasını tələb edən nümayişlər zamanı “Əgər Rusiya məhbuslarla iş görürsə, o zaman Paşinyan nə edir” kimi suallar səsləndirilib.

Bildirilib ki, baş nazir ölkənin üzləşdiyi problemləri həll edə bilmir və bu, hər kəsə aydındır. Ölkəni xilas etmək üçün açıq tələb qoymur və “düşmən” bundan istifadə edərək yeni iddialar irəli sürür. Ermənilər məhbus mübadiləsi ilə yalnız Rusiya tərəfinin məşğul olmasını qəribə hesab edir.

Müxalifət qarşıdakı günlərdə daha genişmiqyaslı aksiyalara hazırlaşır.

Qeyd edək ki, 10 noyabrdan bəri İrəvanda Paşinyanın vəzifəsində qalmasına qarşı aksiyalar və yürüşlər keçirilib. Aksiyaların əsas təşkilatçıları “Daşnaksütyun”, “Vətən” və “Çiçəklənən Ermənistan” partiyalarıdır.

Xatırladaq ki, Ermənistan hökuməti 30 illik işğal çərçivəsində Azərbaycana böyük miqdarda kompensasiya ödəməlidir. İşğalçı dövlətin bu kompensasiyanı ödəmək imkanı olmadığına görə, əvəzində torpaq istəyi gündəmdədir. Ermənilər də məskunlaşdıqları tarixi Azərbaycan ərazilərinin geri qaytarılmasından təşviş keçirir.

Gununsesi.info