Filippinin Neqros adasında yerləşən Kanlaon vulkanı bu il ikinci dəfə püskürüb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, partlayışdan sonra təxminən 87 min insanın bölgədən təxliyə ediləcəyi açıqlanıb.
Açıqlamada vulkanik fəaliyyətin təxminən 4 dəqiqə davam etdiyi və vulkandan 3 min metr yüksəkliyə kül səpildiyi bildirilib.
Kanlaon vulkanı üçün həyəcan səviyyəsinin 2-dən 3-ə qaldırıldığı açıqlanıb və gələcəkdə vulkanda daha çox püskürmələrin ola biləcəyi xəbərdarlığı edilib.
Həmçinin Neqros adasındakı vulkanın püskürməsi nəticəsində insan itkisinin olmadığı, bölgədə daha çox püskürmələrin olacağı ilə bağlı həyəcan siqnalı verildiyi bildirilib.
Orxan Saffari