Generallar Ermənistanla sərhədə getdi və… - FOTOLAR

  • By admin
  • 21 Aprel 2022 12:42

Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Səfər çərçivəsində ölkəmizin ərazi bütövlüyü bərpa edildikdən sonra Ermənistan ilə dövlət sərhədində zəruri sərhəd müda­fiə və mühafizə infra­struk­turunun yaradılması üzrə Azər­baycan Respublikasının Prezi­denti Si­lah­lı Qüv­vələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin tap­şırıqlarının icra və­ziy­yəti yoxla­nıl­­ıb.

Dövlət sər­hədinin etibarlı mühafizəsinin təşkili istiqamətində həyata keçi­rilən fəa­liyyətlər, o cümlədən sərhəd yol­larının çəkil­məsi, ərazidə hərə­kətin təmin edilməsi üzrə tikin­ti-quru­culuq işlə­­ri və təhlü­kəsizlik tədbirləri nəzərdən keçirilmiş, sərhəd-döyüş məntəqə­lərində xid­mət aparan sərhəd­çilərlə görüşül­müş, hərbi qulluqçuların xid­məti-döyüş və məişət şərait­lə­ri ilə tanış olunmuşdur. Son bir il ərzində azad edilmiş ərazilərdə 19 yeni hərbi hissənin, 100-dən artıq sərhəd döyüş məntəqəsinin fəaliyyətə başlamasının böyük əhə­miyyəti vurğulanıb.

Əlahiddə sərhəd diviziyalarının rəhbər heyətlərinin iştirakı ilə xidməti mü­şa­virələr keçirilmiş, vəzifəli şəxslərin xid­məti ərazidə mövcud olan əməliy­yat şəraiti və görülən tədbirlər haqqında məruzələri dinlənilmiş, hərbi hissə və bölmələrin döyüş ha­zır­lığının daha da yük­səl­dil­məsinin, dövlət sər­hədi­nin to­­xunul­maz­lığının və şəxsi heyətin təh­lükə­siz­liyinin təmin edil­məsi üzrə zəruri tapşı­rıq və tövsiyələr verilib.

Səfər çərçivəsində səhra təlim mərkəzində DSX-nin taktiki təlimləri izlənilib.

Gununsesi.info