Göyərtəsində ukraynalı dənizçilər olan gəmi batıb…

  • By admin
  • 11 Mart 2021 19:49

Qara dənizdə Komor adaları bayrağı altında üzən və göyərtəsində ukraynalı dənizçilər olan “Volgo Balt 179” gəmisinin batması nəticəsində 2 nəfər ölüb.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oleq Nikolenko məlumat verib.

Bildirilib ki, gəmidəki 13 dənizçi Ukrayna vətəndaşıdır. Onlardan ikisi ölüb, birinin meyiti tapılaraq çıxarılıb, digəri axtarılır.

Məlumata görə  gəmi Rusiyanın Rostov-Don limanından Rumıniyanın Konstansa limanı istiqamətində hərəkət edirmiş. Gəmidəki heyətin 13 üzvündən biri qadın olub. Onlardan 10-u sağ-salamat sahilə çıxarılıb. Qadın yaralanıb, xilas edilənlərin səhhəti yaxşıdır.

“Rumıniya sahillərində göyərtəsində 13 ukraynalı olan “Volgo Balt 179” batıb. 10 dənizçi xilas edilib, 2-si ölüb, birinin axtarışı davam edir”, – Ukraynanın xarici işlər naziri Oleq Nikolenko tvitter hesabında yazıb.

 

Gununsesi.info