Gürcüstan məhkəməsi turistə hücum edənləri həbs etdi

  • Müəllif: Şəbnəm
  • 08 Sentyabr 2025 18:20

Gürcüstanın Zuqdidi Rayon Məhkəməsi 2025-ci ilin yanvarında rusiyalı turistlərə hücum edərək onlardan birini öldürməkdə təqsirli bilinən Bezhan Çkadua və Revaz Pakelianini hər birini 18 il müddətinə azadlıqdan məhrum edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Newsgeorgia məlumat yayıb.

Məlumata görə, yanvarın 5-də hücumçular Mestiyaya gedən Viktor Solovyov və Alina Qabayevaya hücum ediblər. Solovyov bıçaqla öldürülüb, meyiti çaya atılıb, Qabayeva isə qaçırılıb və kimsəsiz yerdə buraxılıb. Sonradan qadına yoldan keçənlər kömək ediblər.

Hücum edənlər ertəsi gün həbs olunub və onlara ağır qətl, quldurluq, qanunsuz azadlıqdan məhrum etmə və odlu silah saxlama ittihamları verilib.

Günay

Gununsesi.info