Ötən gün Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan Balakənin icra başçısı İslam Rzayevin vəkili bəlli olub.
Gununsesi.info “Qafqazinfo”-ya istinadən xəbər verir ki, İslam Rzayevi tanınmış vəkil Elvin Əliyev müdafiə edəcək.
Qeyd edək ki, Elvin Əliyev daha çox meyxanaçı Rəşad Dağlının vəkili kimi tanınır.












