Hikmət Hacıyev Rusiya-Ukrayna müharibəsi ilə bağlı açıqlama verdi - VİDEO

  • By admin
  • 25 Fevral 2022 17:15

“Ukrayna ətrafında baş verən hadisələr narahatlıq doğuran proseslərdir və dialoqla həllini tapmalıdır”.

Gununsesi.info xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev AzTV-yə müsahibəsində deyib.

O qeyd edib ki, Azərbaycanın mövqeyi beynəlxalq hüququn norma və prinsipləri rəhbər tutularaq, bu məsələnin siyasi, diplomatik yollarla və dialoq əsasında həll edilməsindən ibarətdir:

“Azərbaycan Respublikası bu məsələnin siyasi-diplomatik yollarla, dialoq vasitəsilə həllinin tərəfdarıdır. Bu mövqeyimiz ATƏT tərəfindən təşkil olunmuş xüsusi sessiyada da ifadə olunub”.

Gununsesi.info